Hərbi texnika və silah-sursat baxımından ciddi problemlərlə üzləşən Rusiya Şimali Koreyadan yenidən dəstək alıb. Newscenter.az AFP-yə istinadən bildirib ki, Şimali Koreya Rusiyaya təxminən 7 min konteyner sursat göndərib.
Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik yardımın həm gəmilər, həm də dəmir yolu ilə göndərildiyini bildirib.
Nazir Şin də Şimali Koreyanın isə bu yardım qarşılığında Rusiyadan təxminən 9 min konteyner yardım aldığını iddia edib.
Mehman Mehdiyev