Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO-nun Cənubi Qafqaza marağı artır

NATO-nun Cənubi Qafqaza marağı artır


“NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri Hərbi Alyansın Cənubi Qafqaza olan marağının artmasından irəli gəlir. Mürəkkəb geosiyasi vəziyyətdə və Cənubi Qafqaz uğrunda artan mübarizə fonunda NATO-da regionda öz maraqlarını təmin etməyə çalışır. Qurumun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfər etməsi də bunun göstəricisidir”.

Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Hərbi Alyans Ermənistan-Azərbaycan arasında aparılan sülh danışıqlarına dəstək verməklə regionda öz maraqlarını təmin etməyə çalışır:

“NATO-nun Cənubi Qafqazdakı əsas marağı isə heç şübhəsiz ki, bölgədə Rusiya amilini zərərsizləşdirməkdir. Yens Stoltenberqin Azərbaycana səfərinə hər nə qədər ikitərəfli əlaqələrin inkişafı prizmasından baxılsa da, lakin ümumilikdə bu səfərin daha çox regionda möhkəmlənmək məqsədi daşıdığı heç kimə sirr deyil”.
Politoloq onu da deyib ki, NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri Hərbi Alyansla Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcək:

“İki tərəf arasında əlaqələr onsuz da normal qaydadadır. Bu kimi səfərlər isə əlaqələrin daha da inkişafına öz müsbət təsirini göstərir”.

Anar Əliyev
Xəbəri paylaş