Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan separatçı addımlarını davam etdirir. Bu dəfə o, "Artsax" komitəsi adlı qurum yaradıb.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan keçmiş xarici işlər naziri Vardan Oskanyan "Artsax" komitəsi təşkil etməsində məqsədi əsasən erməni lobbisindən milyonlarla vəsait qazanmaqdir. Onun sözlərinə görə, 10 il ərzində xarici işlər naziri olaraq erməni lobbisinin Qarabağ məsələsindən milyonlarla vəsait qazanıb:
"Azərbaycan Qarabaği azad etdikdən sonra beynəlxalq gündəlikden çıxardı. N. Paşinyanda bu məsələni bağlayıb".
Politoloq deyib ki, Qarabağ məsələsindən 30 il ərzində milyonlarla vəsait qazanan keçmiş Qarabağ klanını Qarabağ məsələsini belə qapanmasından narahatdır:
"Vardan Oskanyan erməni lobbisinin maliyyəsinin axınını təşkil etməklə, guya Qərbdə Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır. Bu onların yalnız öz maliyyə ambisiyalarına əsaslanır. Ermənistan xalqına yenidən zərbə vurmağa çalışırlar".
Süleyman