Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.
Newscenter.az-ın məlumatına görə, qrant beş sahə üzrə verilib.
QHT-lər “Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf”, “Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi”, “İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə”, “Qərbi Azərbaycana qayıdış prosesi”, “Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər” mövzularında layihələr təqdim ediblər.
Ümumilikdə 413 QHT qrant müsabiqəsinin qalibi elan edilib.
Qalib QHT-lərin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://ngoagency.gov.az//storage/2024-c%C3%BC%20il%20m%C3%BCsabiq%C9%99%20n%C9%99tic%C9%99l%C9%99ri%20(1).pdf
Süleyman