Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin qarşısında dayanan yeganə sədd

Qərbin qarşısında dayanan yeganə sədd


Cəbhə xəttində uğurlu hərbi əməliyyatlar təşkil etməkdə çətinlik çəkən Ukrayna ordusu, bir müddətdir PUA hücumları ilə Rusiyanın strateji obyektlərini hədəf almağa davam edir. Rusiya şəhərlərinə endirilən dron zərbələri müharibənin gedişatına ciddi təsir etməsə də, Ukrayna ordusunun motivasiyası üçün əhəmiyyətli gedişdir. Çünki rəsmi Kiyevin Qərbdən lazımi səviyyədə siyasi və hərbi dəstək ala bilməməsi öz mənfi təsirlərini döyüş meydanında hiss etdirir. Təbii ki, hadisənin bu tempdə inkişaf etməsi özündə bir sıra sualları daşıyır ki, onlardan ən birincisi Rusiya ordusunun HHM qüvvələrinin və sistemlərinin zəifliyi, zərbələrə anında adekvat cavab verə bilməməsi ilə bağlıdır. Həqiqətən də, Ukrayna müharibəsinə qədər Rusiya HHM sistemləri dünya silah bazarında populyarlığının zirvəsində idi. ABŞ- la rəqabət mühütündə Vaşinqtonun silah sanksiyalarına məruz qalan istənilən dövlət bu tip texnogiyanı əldə etmək üçün birmənalı şəkildə Moskvanın qapısını döyməli olurdu. Bu siyahıya Hindistan, Türkiyə kimi dövlətlər də daxil idi. Lakin 2022-ci il Ukrayna işğalı işləri kökündən dəyişdi və Rusiya silahlarının döyüş meydanında kağız üzərində olan göstəricilərini nümayiş etdirə bilməməsi illərdir mövcud mifi alt-üst etdi. Bir müddət öncə izlədiyim bir video diqqətimi cəlb edərək məni düşündürməyə vadar etdi. İşğal olunmuş Krım yarımadasında havadan müdafiəni təşkil edən "S 300" və "S 400 Trumf" HHM sistemlərinin döyüş düzlüşündə olmasına rəğmən Birləşmiş Krallıq tərəfindən Ukraynaya verilən "Storm Shadow" qanadlı raketlərini radarlarından üzərindən uçmasını təsbit edə bilməməsi vəziyyətin acınacaqlı olduğunun sübutu idi. "S 400 Trumf" - lar Rusiyanın ən muasir HHM sistemi hesab olunur və Kremlin əlində bunların üzərinə bir sistem yoxdur. "S 500 Promoteyos" isə fərqli məqsədlər üçün istehsal olunduğundan onun tətbiqindən söhbət belə gedə bilməz. Reallıq ondan ibarətdir ki, vaxtaşırı olaraq NATO-ilə söz savaşında olan rəsmi Moskva bu silahlarla bir addım belə gedə bilməz. Ən qəribəsi də odur ki, iki illik müddət ərzində rus mühəndisləri mövcud boşluqları doldurmaq üçün gözlə görüləcək irəliləyişlər əldə edə bilmir. Görünən odur ki, rusların tək təsirli gücü nüvə silahı olaraq qalır və Qərbin də qarşısında dayanan yeganə sədd məhz budur.

Pərviz Mirizadə, Newscenter.az üçün
Xəbəri paylaş