Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalaya gedəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ərdoğan Çanaqqalada bir sıra tədbirlərə qatılacaq. Belə ki, Türkiyə lideri Çanaqqalada Şəhidlər Abidəsində keçiriləcək mərasimdə iştirak edəcək.
Ərdoğan Çanaqqala proqramı çərçivəsində 18 Mart Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümü mərasiminə də qatılacaq. Atatürk Ankaradakı proqramında Cümhuriyyət Qülləsinin açılışını edəcək.
Çanaqqala proqramından sonra prezident Ərdoğan Ankaraya dönəcək və Keçiörendə Atatürk Cümhuriyyət Qülləsinin açılışını edəcək.
Mehman Mehdiyev