Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndidə alovlanan Novruz tonqalının istisi revanşistləri yandırmış oldu

Xankəndidə alovlanan Novruz tonqalının istisi revanşistləri yandırmış oldu



“İlk dəfədir ki, Novruz tonqalı bütöv, suveren Azərbaycanda yandırılır. Bundan böyük xoşbəxtlik nə ola bilər? Bütün bunlara məhz Ali Baş Komandan, Cənab İlham Əliyevin sayəsində nail olmuşuq. İnşallah bundan sonra ocağımız yurd yerlərimizdə, əzəli torpaqlarımızda daimi yanacaq”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu dəfəki Novruz tonqalının Xankəndidə yandırılması xüsusi məna kəsb edir:

“Cənab Prezident İkinci Qarabağ müharibəsindən sonra hər il Novruz tonqalını işğaldan azad edilmiş bur ərazimizdə yandırır. Bu dəfə isə tonqalımız Xankəndidə alovlandı. Məhz həmin tonqalın istisi, alovu hələ də Azərbaycana qarşı separatçı, işğalçı mövqedə dayanan erməniləri, revanşistləri yandırmış oldu”.

Süleyman
Xəbəri paylaş