Almaniya Ukraynaya 500 milyon avroluq yardım ayırmağı nəzərdə tutub.
Newscenter.az Alman mediasına istinadən bildirir ki, bunu ölkənin müdafiə naziri Boris Pistorius deyib.
ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən “20-ci Ukrayna Müdafiə Təmas Qrupu Toplantısı” çərçivəsində jurnalistlərə açıqlamasında Pistorius ukraynalıların təkcə özlərini, torpaqlarını, müstəqilliklərini və azadlığını müdafiə etmədiklərini, eyni zamanda bütün bəşəriyyət üçün mübarizə apardıqlarını deyib. Pistorius ona görə də ukraynalıları dəstəkləməyə davam etdiklərini deyib.
Nazir yardım paketinə Alman ordusu ehtiyatlarından 10 min artilleriya mərmisinin daxil olduğunu bildirib.
Pistorius bu paket çərçivəsində Ukraynaya 100 zirehli piyada maşını və 100 nəqliyyat vasitəsinin veriləcəyini deyib.
Mehman Mehdiyev