Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi enerji bazarı yaradılacaq

Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi enerji bazarı yaradılacaq


Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin ümumi enerji bazarlarının yaradılması təklif edilir.

Newscenter.az "Sputik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə Avrasiya İqtisadi İttifaqı ölkələrinin səlahiyyətli orqanları rəhbərlərinin müavinləri Avrasiya İqtisadi Komissiyasının mənzil-qərargahında enerji resurslarının ümumi bazarlarının yaradılması ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

AEK-nin Energetika Departamentinin direktoru Vadim Zakrevski qarşılıqlı məqbul həllərin hazırlanması və mövqelərin yaxınlaşması ilə bağlı məsləhətləşmələr aparıb.

Görüş zamanı iştirakçılar Avrasiya İqtisadi İttifaqının ümumi qaz bazarının, neft və neft məhsullarının ümumi bazarının yaradılmasına dair beynəlxalq müqavilələrin layihələrinə dair bəzi fikir ayrılıqları ətrafında fikir mübadiləsi aparıblar.

Natiq Orucov
Xəbəri paylaş