Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Benzin ixracına qoyulan qadağa daha 6 ay müddətinə uzadılıb

Benzin ixracına qoyulan qadağa daha 6 ay müddətinə uzadılıb


Qazaxıstandan benzin, dizel yanacağı və bəzi neft məhsullarının ixracına qoyulan qadağa 6 ay müddətinə uzadılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Energetika Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi, Maliyyə Nazirliyi və Daxili İşlər nazirlikləri birgə əmr imzalayıb.

Sənəddə deyilir ki, qadağa martın 29-dan 6 ay müddətinə tətbiq olunacaq və o, avtomobil nəqliyyatı ilə Aİİ ölkələrinə ixraca da şamil ediləcək.

Siyahıya daxil olmayan neft məhsulları isə sürtkü yağları, avtomobil istehsalçısı tərəfindən təsdiq edilmiş benzin çənlərində yanacaq və s. daxildir.

Natiq Orucov
Xəbəri paylaş