Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin 2 ayı ərzində ölkədə nə qədər elektrik enerjisi istehsal edilib?

Cari ilin 2 ayı ərzində ölkədə nə qədər elektrik enerjisi istehsal edilib?


2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, ötən iki ay ərzində respublikada elektrik enerjisinin istehsalı 4 686,4 mln. kVt·st olub.

Newscenter.az xəbər verir ki, iki ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 4 316,2 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 146,7 mln. kVt·st artımla 268,3 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 mln. kVt·st artımla 101,9 mln. kVt·st. təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 50,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 186,0 mln. kVt·st (İES-lərdə 3 928,1 mln. kVt·st, SES-lərdə 257,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 59,8 mln. kVt·st (İES-lərdə 44,5 mln. kVt·st, SES-lərdə 8,1 mln. kVt·st, Günəş ES-də 7,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 434,6 mln. kVt·st təşkil edib.

İki ay ərzində elektrik enerjisinin idxalı 32,5 mln. kVt·st, ixracı isə 221,6 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 273,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 13,5 mln. kVt·st, ixracı isə 106,7 mln. kVt·st təşkil edib.

Süleyman
Xəbəri paylaş