Rəsmi Pekin İsrailin Qəzzaya hücumları başlayandan sonra ilk dəfə HƏMAS-la əlaqə saxlayıb.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, Çin səfiri Vanq Kijien martın 17-də Qətərə səfəri zamanı nazirlik adından Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə Dohada görüşüb.
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, səfir Vanq Kijien martın 17-də Qətərə səfəri zamanı nazirlik adından Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə Dohada görüşüb. Görüş zamanı tərəflər Qəzzədəki münaqişə və digər problemlər barədə fikir mübadiləsi aparıblar.
Sözügedən görüşün keçirildiyini Çin Xarici İşlər Nazirliyi də rəsmi şəkildə təsdiqləyib.
Mehman Mehdiyev