Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Netanyahu Rəfaha hücum edəcəklərini deyib

Netanyahu Rəfaha hücum edəcəklərini deyib


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın reaksiyasına baxmayaraq, Qəzza zolağında fələstinlilərin sığındığı Rəfah yaşayış məntəqəsinə qurudan hücum edəcəklərini deyib.

Newscenter.az Reuters-ə istinadən bildirir ki, İsrail mediası belə bir iddia ilə çıxış edib. Baş nazirin deputatlarla keçirdiyi görüş zamanı bunu səsləndirdiyi bildirilir.

“Arutz Şeva” qəzetində yer alan xəbərə görə, İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin qapalı iclasında Netanyahu millət vəkillərini Rəfaha qurudan hücum planları ilə bağlı məlumatlandırıb.

Netanyahu, Qəzza zolağı ilə Misir arasındakı sərhəd xətti olan "Filadelfiya dəhlizi (Səlahəddin dəhlizi)"nə nəzarət etməyin lazım olduğunu və bundan başqa yollarının olmadığını deyib.


Anar Əliyev
Xəbəri paylaş