“Ermənistanın baş naziri Nikol Paşinyan artıq reallığı dərk etməyə başlayıb və Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa alternativin olmadığı qənaətinə gəlib. Hər halda erməni baş nazirin hələ də işğal altında olan Azərbaycanın 8 kəndinin boşaldılmasının zəruriliyi barədə verdiyi açıqlama bunu deməyə əsas verir”.
Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Açıqlamada qeyd edilib ki, proses bu axarla getsə, o halda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması daha da tezləşə bilər:
“Bir şərtlə ki, Ermənistan hakimiyyəti hər zaman olduğu kimi gündə bir mövqe ortaya qoymasın və müstəqil siyasət həyata keçirə bilsin”.
Mehman Mehdiyev