Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada öldürülən fələstinlilərin sayı 32 minə çatır

Qəzzada öldürülən fələstinlilərin sayı 32 minə çatır



İsrailin keçən ilin 7 oktyabrından Qəzzaya qarşı başladığı hərbi əməliyyatlarda öldürülən fələstinlilərin sayı 32 minə yaxınlaşır.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Qəzza Hökumətinin Media Ofisi yayıb. Bildirilib ki, bu günə qədər 31 min 819 fələstinli həlak olub, 73 min 934 nəfər isə yaralanıb. Həlak olanların 13 min 500-ü uşaq, 9 mini isə qadındır.

İsrail isə oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri sərhəddə baş verən qarşıdurmalarda isə 232 Hizbullah üzvü, 51 Livanlı mülki, 11 Əməl Hərəkatı, 12 Həmas və 12 İslami Cihad üzvü, 6 İsrail vətəndaşı və 11 əsgər həlak olub.

Mehman Mehdiyev
Xəbəri paylaş