Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Newscenter.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bayramda əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Sona
Xəbəri paylaş