İsrail Şifa xəstəxanasında 50 fələstinlini öldürüb, 200 nəfəri isə həbs edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Qəzza Hökumətinin Media Ofisi yayıb. Bildirilib ki, Şifa xəstəxanasına basqın zamanı İsrail əsgərləri tərəfindən öldürülənlər arasında mülki vətəndaşlar, xəstələr və köçkünlərlə yanaşı, uşaqlar da olub.
Açıqlamada, İsrail ordusunun Şifa xəstəxanasına basqında ağır silahlar, polis itləri, tanklar, pilotsuz uçuş aparatları və helikopterlərdən istifadə etdiyi, xəstəxana şəhərciyindəki xəstələrə, köçkün fələstinlilərə və mülki şəxslərə atəş açıldığı vurğulanıb.
Mehman Mehdiyev