İsrail Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısının yerinə yeni keçid məntəqəsi inşa edir.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, sözügedən sərhəd qapısı Kerem Əbu Səlim bölgəsində inşa olunur və bu qapı İsrailin nəzarətində olacaq/
Bu arada ABŞ prezidenti Co Bayden və Netanyahu arasında dünən baş tutan telefon danışığından sonra Ağ Evdən verilən açıqlamada Baydenin Rəfahı işğal etmək cəhdinin səhv addım kimi dəyərləndirdiyi bildirilib.
Qeyd olunub ki, Bayden və Netanyahunun ABŞ və İsrail rəsmilərinin “hərtərəfli quru əməliyyatı” olmadan Rəfahda hansı əməliyyatın həyata keçirilə biləcəyini müzakirə etmək üçün ən qısa zamanda Vaşinqtonda görüşməsi barədə razılığa gəliblər.
Anar Əliyev