Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yandırılan Novruz tonqalları, həm də Zəfər məşəlidir

Yandırılan Novruz tonqalları, həm də Zəfər məşəlidir


“Artıq bir neçə ildir ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərimizlə azad edilən ərazilərimizdə Novruz tonqalları qalanır, sözün əsl mənasında bayram yaşanır. Bu dəfəki Novruz tonqalımız isə gözlənildiyi kimi Xankəndində alovlandırıldı. Cənab Prezidentin Xankəndidə Torpaq Çərşənbəsi ərəfəsində yandırdığı ocaq həm də torpaq bütövlüyümüzün təcəssümü, göstəricisi idi. İndi Novruz tonqalları yurdumuzun dörd bir yanında alovlanır, yurd yerlərimizi isidir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, bu gün yurdun dörd bir yanında Novruz tonqallarının qalanması Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin güclü sərkərdəlik bacarığı və uzaqgörən siyasətçi olmasından qaynaqlanır:

“Şuşadan başlanan, dünən isə Xankəndinə Cənab Prezidentin alovlandırdığı Novruz tonqalı həm də Zəfər Məşəlidir ki, onun alovu bütün regiona, dünyaya işıq saçır. Xalqımıza, millətimizə bu qüruru, şərəfi, eyni zamanda bayram sevincini yaşatdığı üçün başda Ali Baş Komandan olmaqla, onun Müzəffər Ordusuna, şəhidlərimizə, qazilərimizə dərindən minnətdarıq. Bu gün bayram tonqallarımız bütöv Azərbaycanda yandığı üçün onların da ruhları şaddır”.
İqbal Məmmədov sonda onu da deyib ki, təbiətin, həyatın oyanması Novruzdan başlanır:

“Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir”.

Anar Əliyev
Xəbəri paylaş