Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni şəhərlər salınacaq

Yeni şəhərlər salınacaq



Qazaxıstanda 10 mindən çox əhalisi olan 112 kənd var ki, belə yaşayış məskənlərinə şəhər statusunun verilməsi nəzərdə tutulur

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə hökumətin iclasında məlumat verilib.

Bildirilib ki, son illərdə əhalisi 50 nəfərdən az olan kəndlər ləğv edilib. İndi insanlar böyük qəsəbələrə köçürlər.

İlk növbədə Türküstan vilayətinin 60 minə yaxın sakinin yaşadığı Karabulak kəndinin şəhər statusu alacağı gözlənilir. Hazırda bu kənddə 20 məktəb, 14 özəl uşaq bağçası, 2 kollec, 9 səhiyyə müəssisəsi və 1 mədəniyyət ocağı fəaliyyət göstərir. Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının 30 faizi bu kəndin payına düşür.

Sona
Xəbəri paylaş