Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər məşəli

Zəfər məşəli


"Bu il İlaxır Çərşənbəni və Novruzu xüsusi əlamətdar günlər kimi qeyd edirik. İlk dəfə olaraq Torpaq Çərşənbəsini Torpaq bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanın ən sevincli və qürurverici günləri kimi yaşayırıq. Bu sevinci və ən müqəddəs hissləri bizə bəxş etdiyinə görə, Cənab Ali Baş Komandana, əziz şəhidlərimizə, cəsur qazilərimizə borcluyuq".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, bu bayram günlərində Şəhid Anaları və Bacılarına, Ailələrinə, Cəsur Qazilərimizə sonsuz minnətdarlığımı çatdırır, hər birinə cansağlığı və səadət arzulayıram:

"Artıq 4 ildir ki, xalqımız Novruz bayramın doğma Qarabağ və Zəngəzurda, Ağalıd, Zabuxda, Laçında, Füzulidə, Suqovuşanda bayram süfrəsi açılmaqla qeyd edir, doğma torpaqlarımızda Novruz səmənisi boy atır. Bu, ən böyük xoşbəxtlikdir, ən yüksək bayram əhval-ruhiyyəsidir.

Cənab Prezident 4 ildir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında yandırır. Bu, xüsusi rəmzi məna daşıyır. Möhtərəm İlham Əliyev dünən Xankəndində Novruz tonqalını alovlandırdı, bu, neçə illərdir ki, doğma Xankəndində sönmüş odumuzun, ocağımızın yenidən işıq saçması deməkdir".

Vaqif Abdullayev qeyd edib ki, bu tonqal həm də Zəfərin məşəli idi:

"Xalqımızın Novruz adət-ənənələrindən biri həyət-bacanın təmizlənməsi, paltar-palazın təmiz suya çəkilməsi, bağ-bağçanın xəzəlinin yandırılması, köhnə əşya və paltarların çölə atılması ilə bağlıdır. Xankəndində yanan tonqalda da neçə illərdir ki, pas bağlamış erməni kin-küdurəti, pisliyi, haylar xisləti, bütün eybəcərlikləri yanaraq külə döndü.

Təklif edirəm ki, Xankəndinin ən uca guşələrinin birində Zəfər Məşəli Abidə kompleksi ucaldılsın, burada gecə-gündüz Odlar Yurdunun alovu ətrafa işıq saçsın.

Əziz xalqım, bir daha Sizi Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bahar təravətli uzun ömür, cansağlığı və ailə səadəti arzu edirəm. Süfrəniz bol ruzili, tonqalınız gur alovlu, bütün arzularınız çin olsun".

Anar Əliyev
Xəbəri paylaş