Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

30 il həsrətini çəkdiyimiz torpaqları geri qaytardınız

30 il həsrətini çəkdiyimiz torpaqları geri qaytardınız


Xankəndidən Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz bayramı təbriki bu sözlərlə başlayır:

"Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir."

Dostlar 44 günlük müharibəyə qədər bu sözləri nə vaxtsa eşidəcəyimizi heç birimiz ağlımıza belə gətirə bilməzdik – indi bu gerçəkləri yaşamaq nəsibimiz oldu!
On illər sonra Azərbaycan xalqına bu xoşbəxtliyi bəxş etmiş Ali Baş Komandan var olasınız! Qurub yaratdığınız Nümunəvi Ordu ilə Möhtəşəm Qələbəyə imza atdınız – Azərbaycanın yeni tarixini qızıl həriflərlə yazdınız!

Bu qələbə ilə Siz nəinki 30 il həsrətini çəkdiyimiz torpaqları geri qaytardınız, eyni zamanda bütün düşmənləri Azərbaycanın haqq işi ilə barışmağa və onunla hesablaşmağa məhkum etdiniz!
Tanrı Sizi qorusun! Bayramınız mübarək olsun!

Dostlar Sizlərə Novruz bayramı təbrikimi bu şəkildə yazdım – hesab etdim ki, bu, Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra qarşıladığımız ilk Novruz Bayramı üçün təbrikin ən doğru formasıdı!

Bayramınız mübarək olsun!

Fikrət Yusifov
Iqtisad elmləri doktoru,
professor
Xəbəri paylaş