Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova Türkiyədə səfərdədir

Deputat Jalə Əhmədova Türkiyədə səfərdədir


Türkiyə Xüsusi İdmançılar İdman Federasiyası (Türkiyə Özel Sporçular Spor Federasiyonu) tərəfindən 19-26 mart 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində daun sindromlu idmançılar üçün keçirilən yarışın açılış mərasimində iştirak etmək üçün qardaş Türkiyədə səfərdəyəm.

Deputat həmkarım Vüqar İskəndərovla birlikdə fəxri qonaq qismində qatıldığımız bu möhtəşəm tədbirdə Türkiyə Cumhuriyyətinin Gənclər və İdman naziri Dr. Osman Aşkın Bak, Ailə ve Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş, TC Millət vəkilləri, 30 ölkədən 1000-ə yaxın idmançı və komanda üzvləri iştirak edir.

Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq qatıldığım yüksək səviyyəli yarışda iştirak edən bütün idmançılara uğur arzulayıram. Həmçinin Türkiyə Xüsusi İdmançılar İdman Federasiyasına fəaliyyətində uğurlar diləyir, dəvətinə görə TÖSSFED-in vitse-prezidenti Sadettin Akçıyə dərin təşəkkürümü bildirirəm.

Jalə Əhmədova, Milli Məclisin deputatı
Xəbəri paylaş