Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Din yoxsa xurafat?

Din yoxsa xurafat?


Din adı ilə cəmiyyətə, gənclərə təbliğ və təşviq olunan bəzi məsələlər özündə xurafat xarakterli məlumatları cəmləşdirir. Bu prosesdə əsasən dırnaqarası din xadimləri, dinşünaslar, ilahiyyatçılar və mollalar aparıcı rol oynayırlar. Faktların şişirdilməsi, yaxud olduğundan tamam fərqli şəkildə səsləndirilməsi insanları dindən uzaqlaşdırır. Belə olan halda onlar dinlə yox xurafatla məşğul olmağa başlayırlar. Məhz bu səbəbdən nəyə inanacağımızı müəyyən etmək çətinləşir. Doğru bildiyimiz yanlışlar, yanlış bildiyimiz doğrular ortaya çıxır.

İslam dini insanlara xeyirxah olmağı, yaxşılıq etməyi, mənəviyyat üçün yaşamağı, dostluğu, həmrəyliyi və.s aşılayır. Ancaq bir sıra qruplaşmalar, din ilə məşğul olduqlarını iddia edən şəxslər saxtakarlıqla məşğul olurlar, cəmiyyətdə fikir ayrılıqları və qarşıdurmalar yaradırlar. Məqsəd dini ayrı-seçkiliyi dərinləşdirmək, islamı parçalamaq, saf dini çirkləndirmək və qarşıdurmalar yaratmaqdır. Buna qarşı birlik olmalı və xurafatçılığı aradan qaldırmaq, ən azından onu minumuma endirmək üçün çalışmalıyıq!

Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş