Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milanda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyət göstərib

Milanda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyət göstərib



İtaliyanın Milan şəhəri və ətraf bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyət göstərib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi sosial şəbəkədə bildirib.

“Novruz bayramı öncəsi Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən İtaliyanın Milan şəhəri və ətraf bölgələrdə yaşayan vətəndaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirilib, onları maraqlandıran suallar cavablandırılıb”, – səfirlik diqqətə çatdırıb.

Mehman Mehdiyev
Xəbəri paylaş