Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə yüksəlib.
Newscenter.az xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.
Ölənlərin sayı isə hələlik dəyişməyib – 40 nəfər.