Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Rusiya Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı verib

Sahibə Qafarova Rusiya Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı verib


Martın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Newscenter.az xəbər verir ki, parlamentin sədri “Krokus Siti Holl” konsert zalında baş vermiş faciəvi hadisələr nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini bildirib. Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, bu hadisəylə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Süleyman
Xəbəri paylaş