Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada terror aktı kimə lazım idi?

Rusiyada terror aktı kimə lazım idi?


Təbii ki, suallar çoxdur və terrorçular yaxalanmadan, onların kimlikləri tam olaraq müəyyən olunmadan müxtəlif fərziyyələr ortaya çıxacaq. Terror aktını öz üzərinə götürdüyü deyilən “İŞİD K” məlum olduğu kimi İşidin Əfqanısan qanadıdır və faktiki olaraq ayrı-ayrı qurupların sifarişlərini yerinə yetirən bir terror qrupu kimi tanınır. Odur ki, əsas məsələlərdən biri terror aktını kimin icra etdiyi deyil, sifarişçilərin kimlər olmasını müəyyənləşdirməkdən ibarət olmalıdır.
Ona görə də əsas sual odur ki, Rusiyada terror aktı kimə lazım idi? Ukraynaya belə bir terror aktının lazım olduğunu düşünmürəm. Çünki Rusiyanın uzun müddətdir ki, ümumi səfərbərlik etməyə çalışdığı amma insanların kütləvi etirazlarını nəzərə alaraq bundan çəkindiyi məlumdur. Ukrayna tərəfindən terror aktının törədilməsi isə insanları ümumi nifrət fonunda Ukraynaya qarşı birləşdirə və könüllü şəkildə səfərbərliyə cəlb edə bilər. Bunu Ukrayna da kifayət qədər yaxşı anlayır. Odur ki, terror aktının sifarişçisinin Ukrayna olması versiyası qeyri ciddi versiyadır.

Terrakt məkanı olaraq məhz Krokus Sity-nin, yəni Azərbaycanlı iş adamının məkanının seçilməsi də bir qism suallar ortaya çıxrarır və hadisənn ilk saatlarında rusiyalı analitiklər bunun erməni terror təşkilatları ilə əlaqəli ola biləcəyini deyirdilər. Ermənilərin terror təcrübəsinin, Asala, VOMA kimi terror təşkilatlarının olmasını və indiki Rusiya-Ermənistan münasibətlərini nəzərə alsaq bu versiyanı da bir kənara atmaq olmaz. Xüsusilə də VOMA-nın əsasən, terroçuların Krokus Sitidə istifadə etdiyi 7.62 mm-lik “Vepr” avtomatları və “Sayqa” karabinlərindən istifadə etməsi bu istiqamətdə şübhələri daha da artırır.

Amma bütün bunlarla yanaşı ən vacib məsələlərdən biri də artıq bir aya yaxındır ki, ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının, Rusiyadakı ABŞ və İngiltərə səfirliklərinin terror aktı ehtimalı ilə bağlı xəbərdarlıqlarıdır. Rusiya bu xəbərdarlıqları hər nə qədər ölkə ərazisində şaxnaşma yaratma cəhdləri kimi təqdim etsə də sonradan hansısa əməliyyatlar keçirildiyini və İŞİD-lə bağlı bir neçə nəfərin saxlanıldığını da bəyan etmişdi.

İndi baş verənlər isə göstərir ki, ya Rusiya terror xəbərdarlığını sadəcə qulaqardına vurub, ya da Rusiyanın xüsusi xidmət orqanları sadəcə bacarıqsız olublar və üzrələrinə düşən vəzifələri layiqincə icra edə bilməyiblər. Xüsusi xidmət orqanlarının əsas döyüş hissələrinin və komandir heyətinin Ukrayna müharibəsinə cəlb edilməsi, Rusiyanın daxili təhlükəsizliyində problemlərə yol açıb.

Baş verən terror aktından sonra Rusiyanın hədəfə kimi qoyacağını zaman göstərəcək, amma bundan istifadə edərək konkret addımlar atacağı, məsələn ölkə üzrə çoxdan planlaşdırılan səfərbərliyin elan olunması istiqamətində qərarlar qəbul edəcəyi şübhəsizdir.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş