Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ-Ermənistan-ABŞ üçlüyünün Cənubi Qafqazda sülhü hədəf alan ssenarisi

Aİ-Ermənistan-ABŞ üçlüyünün Cənubi Qafqazda sülhü hədəf alan ssenarisi


“Avropa İttifaqı, Birləşmiş Ştatlar və Ermənistan Cənubi Qafqazdakı sabitliyi hədəf götürüb. Qeyd edilən 3 tərəf arasında təhlükəsizlik adı altında keçiriləcək görüşün əslində əsas məqsədi və məramı Ermənistanın müdafiəsini təşkil etməkdir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı aprelin 5-də keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı-Ermənistan-Amerika təhlükəsizlik görüşünü şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, sözügedən görüş həm regionda qeyri-sabit vəziyyət yaratmağa, həm də Azərbaycana qarşı yönəlib:

“Hesab edirəm ki, təhlükəsizlik təminatı adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir. Ermənistanı silahlandırmaq, ona dəstək verməklə Amerika və Aİ həm də İrəvanı tamamilə Rusiyadan qoparmağı qarşısına məqsəd qoyub. Bir növ Qərb Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirir və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq planları qurur. Ukrayna cəbhəsində Rusiyanı arzu etdiyi səviyyədə sıradan çıxara bilməyən Qərb indi də Cənubi Qafqaz üzərindən oyun quraraq şimal qonşumuzla bağlı planlarını bu coğrafiya üzərindən reallaşdırmaq istəyir. Onu da qeyd etmək yerinə düşər ki, Qərbin bu təhlükəli oyunu Cənubi Qafqaz üçün ciddi fəlakətlərdən xəbər verir. Baş verəcək hər hansı arzuedilməz proses Aİ və Amerikanın yanında yer alan Ermənistanı belə olacaqlardan sığortalamayacaq. Çünki Aİ və Amerika üçün Ermənistan yalnız regionda oyunlarını icra etmək üçün bir vasitədir. Zamanı gələndə Ukrayna kimi Ermənistan da onlar üçün lazımsız əşyaya çevriləcək”.

Süleyman
Xəbəri paylaş