Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Ev jurnalistlərə Baydenin səhhəti barədə sual verməyi məsləhət görmür

Ağ Ev jurnalistlərə Baydenin səhhəti barədə sual verməyi məsləhət görmür


Ağ Ev jurnalistlərə prezident Co Baydenin səhhəti ilə bağlı hər hansı sual verməyi məsləhət görmür.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, ABŞ prezidenti Co Baydenin səhhəti ilə bağlı sual verməyi təhqiredici hesab edib.

Belə ki, WBT radiosunun aparıcısının Jean-Pierredən müsahibə zamanı Amerika prezidentinin demensiyadan əziyyət çəkib-çəkmədiyini soruşmasına cavab olaraq Ağ Evin mətbuat katibi, "Mənə bu sualı verdiyinizə inana bilmirəm. Bu, inanılmaz dərəcədə təhqiredici sualdır",-deyə bildirib.

Qeyd edək ki, 81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez müxtəlif dil sürüşmələri və şifahi kobud səhvlər edir.

Mehman Mehdiyev
Xəbəri paylaş