Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY: Bayram günlərində ölkədaxili marşrutlar üzrə 15 mindən çox sərnişin daşınıb

ADY: Bayram günlərində ölkədaxili marşrutlar üzrə 15 mindən çox sərnişin daşınıb


Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19 mart tarixindən 26 mart tarixinə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Newscenter.az xəbər verir ki, artan sərnişin tələbatı nəzərə alınaraq bayram günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 25 reys təyin olunub və müvafiq marşrut üzrə 12 599 sərnişin mənzil başına təhlükəsiz və vaxtında çatdırılıb.

Həmçinin Bakı-Qəbələ-Bakı marşrutu üzrə də qatarlar gündəlik qrafik üzrə hərəkətdə olub və 2806 sərnişinə xidmət göstərilib.

Ümumilikdə bayram günlərində regionlara əlavə 37 reys xəttə təyin edilib və 15 405 sərnişin səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61% çoxdur.

Qeyd edək ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə əsasən fəaliyyət göstərib və ümumilikdə 84 311 sərnişin daşınıb.

Süleyman
Xəbəri paylaş