Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın səbri sərhədsiz deyil

Azərbaycanın səbri sərhədsiz deyil


Ermənistan 44 günlük Vətən müharibəsindən sonra imza atdığı üçtərəfli bəyanatlara əməl etmir. Baxçayaraq ki, 4 ilə yaxın vaxt keçir, ancaq Ermənistan hakimiyyəti hələ də Azərbaycanın ona yaxın kəndini işğaldan azad etməyib. Vəziyyətin bu şəkildə davam etməsi isə Azərbaycanı yenidən cəza tədbirlərinə vadar edə bilər. Elə hərbi ekspert Ədalət Verdiyev də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, ekspert bildirib ki, Azərbaycanın səbri sərhədsiz deyil:

"4-cü ildir ki, erməni işğalında qalan ərazilərimizin boşaldılmasını və Naxçıvana dəhlizin açılmasını gözləyirik. Ermənistan isə vaxtı uzadır, amma praktiki olaraq heç bir iş görmür. Təbii ki, bu fəaliyyətlər eskalasiya riskini artırır. Əgər Ermənistan növbəti dəfə darmadağın olmaq, olan qalan dizertirləri hesabına Yerablur panteonunu genişləndirmək, 3-cü kapitulyasiya aktını İrəvanda imzalamaq istəmirsə, o zaman Azərbaycana işğal altındakı kəndlərimizin boşaldılması və Zəngəzur dəhlizinin açılması barədə yaxın həftələri keçməyən konkret tarix versin".

Ədalət Verdiyevin sözlərinə görə, Ermənistan hakimiyyətində olan rəsmi fərarilər, müxalifətdəki imkanlı Qarabağ dizertirləri, hətta Ermənistanın Brüsseldəki səfiri Tiqran Balayan kimi qorxaqlar, hazırda kollektiv şəkildə bildirirlər ki,
Azərbaycanın esklavlar barədə təzyiqləri eskalasiyaya səbəb olacaq.

Anar Əliyev
Xəbəri paylaş