Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni xislətli Vladimir Solovyov

Erməni xislətli Vladimir Solovyov



Solovyov soyadı Azərbaycanda əksəriyyətinə tanışdır. Bu zatı tanımayanlar isə Solovyovla İkinci Qarabağ Müharibəsində “tanış” oldular. Hansı ki, 44 gün ərzində Solovyov adının son şəkilçisinə uyğun olaraq bir növ dəmir gəmirdi, çeynədi. Nədən ki, Azərbaycan Solovyovun maliyyə bosslarının dövlətini, Ermənistanı işğal etdiyi ərazilərimizdən qovur, işğalçı ölkənin ordusunu darmadağın edirdi. Azərbaycan torpağını işğal etmiş hər erməni əsgərinə dəyən güllə sanki Solovyova, onun yeddi arxa dönəninə dəyirdi və buna görə də Vladimir Solovyov 44 gün boyunca Azərbaycana qarşı şər-böhtan, qərəz yazan qələmi ilə mübarizə apardı. Çünki Solovyovun qələminin mürəkkəbi məhz erməni lobbisindən qaynaqlanırdı.

Bu günlərdə Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilmiş terror aktında Azərbaycan izi axtarmasının da arxasında məhz Solovyovun erməni sevgisi və erməni maliyyəsi dayanır. Bütün fəaliyyəti ilə Rusiya ilə Azərbaycan arasında təxribat yaratmağa çalışan Solovyov İkinci Qarabağ Müharibəsində də eyni mövqeni nümayiş etdirirdi.

Adını jurnalist qoyan Solovyov unudur ki, terrorun nə dini, nə irqi, nə də milliyyəti olur. Digər tərəfdən Azərbaycanın son on illiklər ərzində ən çox terrora məruz qalan ölkə olduğunu da Solovyov bilməmiş deyil.

S.İsmayılbəyli
Xəbəri paylaş