"Hesab edirəm ki, Avropa İttifaqı və Amerika Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasında hər kəsdən, hətta tərəflərin özlərindən çox maraqlıdır. Keçirilməsi planlaşdırılan Avropa İttifaqı, Ermənistan-Amerika konfransı da bu sülhə xidmət edəcək. Məsələ ondadır ki, Ermənistan təhlükəsizlik qarantiyası adı altında vurnuxmaqdadır. O, regionda tək qaldığını iddia edir və hesab edir ki, bu durum davam edərsə, Ermənistan öz dövlətçiliyini itirəcək. Odur ki, Aİ və Amerika bu konfransı keçirməklə Ermənistana qarantiya vermək istəyirlər. Yəni, onlar buna imkan verməyəcəklər ki, Ermənistan öz dövlətçiliyini itirsin".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Ermənistan da buna inanıb Azərbaycanla sülh imzalasın:
"Təbii ki, proseslər bundan sonrası üçün hesablanıb və Ermənistan bundan sonra öz dövlətçiliyiniə qarantiya istəyir. Təbii ki, Azərbaycanla bağlı bəzi qaranlıq və gizli məqamlar olub, yenə də mövcuddur, amma Ermənistan Azərbaycandan yox, Rusiyadan gələn təhlükələrdən ehtiyat edir. Qarantiyanı da buna görə istəyir. Təbii ki, nə qədər realist olunması mümkün olduğu qədər. Odur ki, keçiriləcək konfransı ən azı Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsi üçün bir addım hesab etmək olar".
Süleyman