Fransada terror təşkilatı PKK tərəfdarları Şarl de Qoll hava limanında insdent törədiblər.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, terror təşkilatı tərəfdarının PKK üzvünün Türkiyəyə deportasiyasının qarşısını almaq üçün Şarl de Qoll hava limanında zabitlərə hücum etməsi nəticəsində bir nəfər qadın olmaqla 3 nəfər yaralanıb.
Hava limanına gələn təxminən 50 nəfərlik qrup hava limanının işçilərinə hücum edib.
Hava limanında maddi ziyan meydana gəlib.
Anar Əliyev