Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsan beyni nəsildən-nəslə böyüyür

İnsan beyni nəsildən-nəslə böyüyür


Alimlərin araşdırmalarına görə, insan beyni nəsildən-nəslə böyüyür.

Newscenter.az araşdırma materiallarına istinadən cəbər verir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demans riskini azalda bilər.

Yaşı 55-65 arasında olan üç mindən çox amerikalının beyninin təsviri ilə aparılan araşdırma nəticəsində məlum olub ki, 1970-ci illərdə doğulanların ümumi beyin həcminin 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha çox olub.

Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz DeKarli deyib ki, kiminsə doğulduğu onillik beyin ölçüsünə və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir göstərir.

Araşdırmada o da qeyd edilir ki, son üç onillikdə ABŞ və Avropada demans halları hər on ildə təxminən 13 faiz azalıb.

Mehman Mehdiyev
Xəbəri paylaş