Alimlərin araşdırmalarına görə, qəhvə içmək bağırsaq xərçənginin təkrarlanma riskini azaldır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Niderland Krallığında 1719 nəfər arasında aparılan müşahidə əsasında belə nəticə hasil olub.
Bildirilir ki, qəhvə içənlərin bağırsaqlarında yenidən böyüyən xərçəng şişləri riski daha azdır. Belə ki, gündə ən azı iki fincan qəhvə qəbul edən kolorektal xərçəngi olan xəstələrin gələcəkdə residiv olma ehtimalının daha az olduğunu müəyyən edilib.
Gündə bir neçə fincan qəhvə içmək isə erkən ölüm ehtimalını azaldır.
Nərgiz Əzizova