Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb regiona hərbi müdaxiləyə başlayıb

Qərb regiona hərbi müdaxiləyə başlayıb


"Avropa İttifaqının Ermənistandakı missiyası qısamüddətli olmalı idi, sonradan uzunmüddətli status təsdiq olundu və onun hərbiləşdirilməsinə başlandı".

Newscenter.az
xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, Qərb bu yolla regiona hərbi müdaxiləyə başladı:

"Hazırda ABŞ-ın da bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir. Bütün bu proseslər Azərbaycanın sərhədlərində baş verir və təbii ki, Azərbaycana qarşı yönəlib;

Qərb inteqrasiya olunmuş, əməkdaşlıq mühitinin formalaşdığı Cənubi Qafqaz əvəzinə militarizasiya olunmuş və silah-sursatla doldurulmuş, barıt çəlləyini xatırladan region istəyir".

Mehman Mehdiyev
Xəbəri paylaş