Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quru sərhədlərimizin bağlı qalması təhlükəsizlyimiz üçün olduqca vacibdir

Quru sərhədlərimizin bağlı qalması təhlükəsizlyimiz üçün olduqca vacibdir




“Azərbaycan dövləti, eləcə də Cənab Prezident üçün ən birinci prioritet onun vətəndaşlarının təhlükəsizliyinin təminatıdır. Bu günümüzdə də belədir, illər öncə də eyni olub. Digər tərəfdən Cənab Prezident İlham Əliyev özünün də dediyi kimi nəyi nə zaman edəcəyini çox yaxşı bilir. Əgər belə olmasaydı Azərbaycanda da “Crocus City Hall” kimi oxşar hadisələr yaşanardı”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Moskva vilayətində baş verən terror aktı fonunda quru sərhədlərimizin bağlı qalmasının zəruriliyindən danışarkən səsləndirib. Millət vəkili bildirib ki, quru sərhədlərimizin bağlı qalması turizm mövsümünə müəyyən mənada mənfi təsir göstərsə də, lakin təhlükəsizlyimiz, ictimai-siyasi sabitlik üçün olduqca vacibdir:

“Başda erməni lobbisi, eləcə də antiAzərbaycan qüvvələr fürsət axtarırlar ki, ölkəmizə zərbə vursunlar, daxildə ictimai-siyasi sabitliyi pozub xaos yaratsınlar. Ona görə də bu cür fürsətcillərə imkan yaratmaq olmaz”.

İqbal Məmmədovun sözlərinə görə, bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda terror həyata keçirməkdə şübhəli bilinən şəxsin saxlanılması da onu deməyə əsas verir ki, maksimum dərəcədə Azərbaycanı hədəfə alıblar:

“Ancaq əminliklə deyə bilərik ki, hüquq-mühafizə orqanlarımızın ayıq-sayıqlığı nəticəsində hər zaman olduğu kimi bu dəfə də məkirli planların qarşısı alınacaq. Buna heç kimin şübhəsi olmasın”.

Millət vəkili hesab edir ki, vətəndaşlar da öz növbəsində quru sərhədlərinin sırf onların və dövlətin təhlükəsizliyi üçün açılmadığı gerçəkliyini qəbul etməli, bu məsələ üzərində hakimiyyətə təzyiq etmək istəyən müəyyən siyasi dairələrə öz yerini göstərməlidir.

Anar Əliyev
Xəbəri paylaş