"Rusiyanın Ukraynanın enerji infrastrukturunu məhv etmək üçün kifayət qədər gücü və vasitələri var".
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikirləri Zaporojye vilayətinin başçısı Yevgeni Balitski səsləndirib.
Balitski deyib ki, biz hələ heç nəyə başlamamışıq və Ukronazi rejiminin bütün enerji infrastrukturunu məhv etmək üçün kifayət qədər potensial mövcuddur:
Ukraynanın enerji sisteminə hücumların yeni başladığını deyən Balitski, "Biz hələ yeni başlamışıq və tədbirlərimiz daha sarsıdıcı olacaq",-deyə söyləyib.
Qeyd edək ki, Ukraynada generasiya qurğuları və elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri zədələnib. Bir sıra ərazilərdə fövqəladə elektrik kəsilməsi qrafiki tətbiq edilib. Bundan əlavə, bütün ölkə ərazisində genişmiqyaslı internet kəsilməsi qeydə alınıb. Ukrayna prezidenti Vladimir Zelenski ölkənin səkkiz rayonunda və Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində enerji təchizatında problemlər olduğunu etiraf edib.
Anar Əliyev