Rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovun "Crocus City Hall" konsert zalında törədilmiş terror aktında "Azərbaycan izi axtarışına çıxması heç bir məntiqi əsası olmayan təxribat xarakterli addımdır. Artıq uzun illərdir ki, jurnalist Vladimir Slovyov," Sputnik " agentliyinin rəhbəri Marqarita Simonyan kimi fiqurlar Rusiya cəmiyyətində fəal şəkildə anti-Azərbaycan fikirləri formalaşdırmaqla məşğuldur və heç şübhəsiz ki, teleaparıcının çıxışı ilk növbədə onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Çünki məlum şəxsin Rusiyadakı erməni diasporu ilə yaxınlıq əlaqələri bilinən reallıqdır və bu çıxışın onların sifarişi ilə edilməsi istisna deyil.
Təbii ki, terror aktının ardında bir çox fərqli fikirlər mövcuddur və hətta hadisəni Kremlin özü ilə əlaqaləndirənlər də var. Belə olduğu təqdirdə Moskva rəsmilərinin faciənin ardında israrla Ukrayna izlərini axtarması planlı hücum şübhələrini birazda artırır. Lakin indiki məqamda teleaparıcı tərəfindən heç kimin ağlına gəlməyəcək bir fikirin səsləndirilməsi adi bir səhv deyil, əksinə Azərbaycana qarşı informasiya təxribatıdır.
Məqsəd bəllidir. Təxribat xarakterli məlumatları yaymaqla Rusiyadakı azərbaycanlıları hədəf göstərmək və Bakı-Moskva münasibətlərini korlamaq. Çünki istər Ermənistanda mövcud Anti-Rusiya əhval ruhiyyəsi, istərsə də Rusiyada Ermənistana münasibətin tədricən dəyişməsi bu ölkədəki erməni diasporunu ciddi şəkildə narahat edir. Onlarda əllərində olan media gücündən maksimum yaralanaraq Azərbaycana qarşı qarayaxma kompaniyası həyata keçirirlər . Biz bu addımları təkcə Rusiyada yox Avropa miqayasında da müşahidə etmişik. Erməni lobbisindən qidalanan media ünsürləri dəfələrlə qərəzli çıxışlarla ölkəmizi hədəf alıblar və bu tendensiya bu gündə davam edir.
Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
NEWSCENTER.AZ üçün