Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə əhalinin 10,2 faizi yaşlılardır

Türkiyədə əhalinin 10,2 faizi yaşlılardır


Türkiyədə əhalinin yaş kateqoriyaları üzrə bölgüsü müəyyən edilib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ölkə əhalisinin 10,2 faizini yaşlılar təşkil edir

Məlumata görə, Türkiyədə 65 və yuxarı yaşda olan əhali 5 il ərzində 21,4 faiz artaraq 8 milyon 722 min 806 nəfərə çatıb.

Proqnozlara görə, yaşlı əhalinin nisbəti 2030-cu ildə 12,9 faiz, 2040-cı ildə 16,3 faiz, 2060-cı ildə 22,6 faiz və 2080-ci ildə 25,6 faiz olacaq.

Məlumatda o da qeyd edilir ki, qlobal qocalma prosesi adlanan “demoqrafik transformasiya” prosesində olan Türkiyədə doğum və ölüm nisbətlərinin azalması, səhiyyə sahəsindəki inkişaflar, əhalinin yaş həddinin artması ilə əhalinin yaş strukturu dəyişib. Uşaq və gənclərin ümumi əhalidə xüsusi çəkisi azaldığı halda, yaşlıların ümumi əhalidə xüsusi çəkisi artıb.

Nərgiz Əzizova
Xəbəri paylaş