Qazaxıstanın Almatı şəhəri bir neçə saatlıq qaranlığa qərq olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb şəhərdə tox fırtınasının baş verməsidir. Toz fırtınası ilə bərabər güclü yağış və havanın anidən qaralması şəhər əhali arasında ciddi təşviş yaradıb.
Yollarda hərəkətin mümkünsüzlüyü bir neçə kilometrlik tıxaca səbəb olub.
Qeyd edək ki, iki milyon əhalisi olan Almatı şəhəri atmosfer çirkliliyindən də əziyyət çəkir.
Mehman Mehdiyev