Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dünyanın sabitlik adasına çevrilib

Azərbaycan dünyanın sabitlik adasına çevrilib


"Məhz xüsusi xidmət orqanların uğurlu fəaliyyəti sayəsində Azərbaycan dünyanın sabitlik adasına çevrilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Azərbaycan Təhlükəsizlik Orqanlarının yaranmasının 105 illiyi ilə bağlı danışarkən deyib. Millət vəkili bildirib ki, təhlükəsizlik orqanları dövlət təhlükəsizliyinin təmin edilməsində, o cümlədən terrorçuluğa, transmilli cinayətkarlığa qarşı mübarizədə narkotiklərin daşınmasına, kibertəhlükəsizliyin və ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasında fədakarcasına çalışırlar:

"Bu gün özləri görünməyən, amma hər yerdə şərəflə xidmət aparan xüsusi xidmət orqanı əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə DTX-nın bütün əməkdaşlarını təbrik edir, can sağlığı və məsuliyyətli xidmətlərində uğurlar arzulayıram",-deyə deputat bildirib.

Süleyman
Xəbəri paylaş