"Hesab edirəm ki, ABŞ və Aİ-nın Ermənistanın təhlükəsizliyi üçün fəaliyyətini Azərbaycanda doğru dəyərləndirməlidirlər. Azərbaycan tərəfi bu fəaliyyəti Ermənistanın revanşizmə sürükləməsi, eyni zamanda, himayə edilməsi kimi qəbul edirlər. Amma hesab edirəm ki, bu yanlış yanaşmadır. Ermənistanın himayə edilməsi bilavasitə Azərbaycana qarşı yönəlməyib. Bu, Rusiyanın aqressiyasının qarşısının alınması üçün yürüdülən fəaliyyətdir. Təbii ki, Azərbaycan üçün müəyyən risklər mövcuddur. Regionda baş verəcək gərginlik bütün region ölkələri üçün təhlükə yaradır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bu baxımdan Azərbaycanın ehtiyatlanması yerinə düşür:
"Əslində hesab edirəm ki, ABŞ və Aİ Azərbaycan və Ermənistan arasında sülhdə ən maraqlı və istəkli tərəfidir. Sülh Rusiya üçün lazım deyil. Odur ki, Azərbaycan bu münasibətlərdə ortaya qoyacağı mövqeni dəqiq hesablamalıdır. Regionun gələcəyini fikirləşərək ABŞ və Aİ ilə münasibətlərinə gərginlik gətirməməlidir. Azərbaycanın təhlükəsizliyi ABŞ və Aİ üçün Ermənistanın təhlükəsizliyindən az vacib deyil, hətta ondan qat-qat üstündür".
Politoloq onu da deyib ki, Ermənistanın təhlükəsizliyinın qorunması adı altında silahlandlrlması isə bizi ciddi narahat etməməlidir:
"Ermənistan özü nədir ki, onun silahlanması da region üçün nə təhlükə olsun. Onsuz da Rusiya buna imkan verməyəcək ki, Ermənistan çox uzağa getsin. Lazım bildiyi halda Rusiya Ermənistanın başını əzməyi
bilir. Azərbaycan özünü bu addıma alət etməməli, ABŞ və Aİ ilə əlaqələrini Rusiyaya görə pozmamalıdlr".
Süleyman