Ermənistan hakimiyyəti Qarabağ separatçılarına sırt xəbərdarlıq edib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, İrəvan özünü Qarabağ separatçılarının nemayəndəsi kimi təqdim edən tərəfi tanımır.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən politoloq politoloq Məhəmməd Əsədullazadə bunu Ermənistanda keçmiş separatçıların başçısı S.Şahramanyan Fransanın "Figaro" qəzetinə müsahibəsi ilə əlaqələndirib. Belə ki, sözügedən şəxs müsahibədə özünü "Mühacirətdə olan Qarabağ hökumətinin" başçısı kimi təqdim edib:
"Qeyd edim ki, S. Şahramanyanın özü ötən ilin sentyabrında separatçı Qarabağ qurumlarının buraxılması barədə sərəncam vermişdi. Onun fəaliyyətə keçməsi əsasən erməni lobbisinin tapşırığı ilə bağlıdır.
Görünür, müəyyən dairələr Ermənistanda Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır. Artıq, Ermənistan baş naziri Nikol Paşinyan S.Şahramanyanin açıqlamasına sərt təpki verərək, "Mühacirətdə Qarabağ hökumətini" tanımadığını və belə bir hökümət olmadığını elan etdi. Bu məsələlərin Ermənistanın təhlükəsizliyini təhdid etdiyini vurğuladı.
Göründüyü kimi Ermənistan hakimiyyəti rəsmən Qarabağ məsələsini bağlayib və irəliyə baxır".
Politoloq deyib ki, Ermənistan daxilində keçmiş separatçılar fəaliyyətlərini davam etdirməyə və növbəti mərhələdə N. Paşinyana qarşı yeni cəbhə formalaşmasına çalışırlar:
"Bu prosesdə keçmiş xarici işlər naziri V. Oksanyanla S. Şahramanyan birgə hərəkət edir.
Ümumiyyətlə, Ermənistan rəsmən Qarabağ mühacirət hökumətini qəbul etmir. İkinci, rəsmi Yerevan Qarabağ məsələsini bağlayıb. Üçüncü, Qarabağ məsələsini gündəmə daşınmasının üçüncü qüvvələrin işi olduğunu elan edir. Artıq N. Paşinyan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin bağlanmasında irəliyə doğru addım atmaqdır. Məhz onun S. Şahramanyaba sərt mövqeyi Azərbaycanla aparılan danışıqları qorumaqdan ibarətdir. Əgər, Baş nazir S.Şahramanı neytrallaşdırmasa, növbəti mərhələdə onun bu kimi açıqlama və fəaliyyəti rəsmi Yerevanın mövqeyinə kölgə salmış ola bilər. Ona görə də Paşinyan ilk işi S.Şahramanyanı həbsə atmasıdır. Çünki, S.Şahramanyan Ermənistanın təhlükəsizliyini təhdid edən mövqe ortaya qoyub. Fransanın " Figaro" qəzeti Qarabağın keçmiş separatçısından müsahibə almaqla N. Paşinyanın siyasətinə zərbə vurmuş oldu".
Süleyman