Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti Qazaxıstanda baş tutacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, sammitin Astana şəhərində keçirilməsi nəzərdə tutulub. Bununla bağlı Astana artıq hazırlıq işlərinə başlayıb.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının Astana samiiti ilə bağlı müzakirə aparmaq üçün baş katibi Çjan Minq ilə görüşüb,
Görüş zamanı ŞƏT-in inkişafı və onun daha da təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə olunub. Prezident deyib ki, Qazaxıstan tərəfi təşkilatın Astanada keçiriləcək “Çoxtərəfli dialoqun gücləndirilməsi – sabit sülh və inkişafa səy” sammitinə xüsusi önəm verir.
Mehman Mehdiyev