Qəzzada 1 milyondan çox insan həddindən artıq qida çatışmazlığından əziyyət çəkir.
Newscenter.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bu barədə məlumat yayıb.
Qəzzada 1,1 milyon insanın həddindən artıq qida çatışmazlığına məruz qaldığı, İsrailin sərt tədbirlərindən dolayı insanların ac və susuz qalmağa məcbur edildiyi məlumatda əksini tapır.
Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına havadan, qurudan və dənizdən hücumlarını davam etdirir.
Mehman Mehdiyev