Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 32 mini keçib

Qəzzada ölənlərin sayı 32 mini keçib


İsrailin keçən ilin oktyabrından Qəzzada başladığı hərbi əməliyyatlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 32 min 490 fələstinli həlak olub.

Newscenter.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bu barədə məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində 74 min 889 fələstinli isə yaralanıb.

Havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə Qəzzadan 1,9 milyon insan didərgin düşüb.

İsrailin havadan və qurudan endirdiyi zərbələr nəticəsində Qəzzanın infrastukturunun tamamilə dağıdıldığı bildirilir.

Anar Əliyev
Xəbəri paylaş