Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbuldakı seçki nəticələri Ərdoğanın varisi məsələsini həll edəcək

İstanbuldakı seçki nəticələri Ərdoğanın varisi məsələsini həll edəcək


"Türkiyədə bələdiyyə seçkiləri xüsusi əhəmiyyət kəsb edir. Əsas maraq dairəsi şübhəsiz ki, böyük şəhərlərlə bağlıdır. Ancaq yenə də hansı şəhərdə hansı partiyanın qazanacağı aydın məsələdir".

Bu fikirləri Newscenter.az-a politoloq Zeynal Əmrəliyev martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, 5 il əvvəl olduğu kimi indi də əsas mübarizə İstanbul şəhəri üzərində gedir:

"Bələdiyyədəki fəaliyyətində hər nə qədər nöqsanlar olsa da CHP - dən olan mövcud bələdiyyə sədri Əkrəm İmamoğlu güclü siyasətçi kimi özünü təsdiq edə bildi. Hazırda tək İstanbulda yox, bütün Türkiyədə onun nüfuzu çox yüksəkdir. İmamoğlu gördüyü işlərə görə deyil, siyasi nüfuzuna görə İstanbulu yenidən qazana bilər. AK Partiyanın namizədi olan keçmiş nazir Murad Kurumun güclü təbliğatı gedir. Bununla bərabər Kurumun xeyrinə admistirativ resurslardan istifadə edilir".

Politoloq deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, bu seçkilər onun son seçkisidir və seçkini qazanmaq əhəmiyyətlidir:

"Ümumi seçkidə qalibiyyət şübhəsiz ki, AK Partiyanın olacaq. Ankara da Mansur Yavaşın şansı böyükdür. Ancaq hər kəsin gözlədiyi İstanbuldur. İstanbulun seçkisi Türkiyənin ümumi bələdiyyə seçkisinin kölgədə qoyub. İmamoğlu və Kurum arasındakı səs faizi çox yaxındır. İstanbuldakı nəticələr Ərdoğan sonrası Türkiyəni, o cümlədən AK Partiyada Ərdoğanın varisi məsələsini həll edəcək. Səs faizi yaxın olduğu üçün kimin qalib gələcəyini dəqiq söyləmək çətindir. Ancaq Əkrəm İmamoğlunun şansı hələ ki, Murat Kuruma nisbətən bir qədər yüksəkdir".

Süleyman
Xəbəri paylaş